Gəncədə keçmiş arvadını öldürən şəxsə 17 il HƏBS 

Gəncədə keçmiş arvadını öldürən şəxsə 17 il HƏBS 

Hazırda oxunan: Gəncədə keçmiş arvadını öldürən şəxsə 17 il HƏBS 

64282

Gəncə şəhərində keçmiş arvadını öldürməkdə təqsirləndirilən Qafar Amanova hökm oxunub, və o,17 il müddətinə azadlıqdan məhrum edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. 

Qeyd edək ki, hadisə ötən ilin mayında Gəncə şəhərində qeydə alınıb. 

Belə ki, Q.Amanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Günay Amanovanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb. 

Daha sonra o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Q.Amanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO