Vüsalın qətlinə görə cəmi 10 min veribmiş...

Vüsalın qətlinə görə cəmi 10 min veribmiş...

Hazırda oxunan: Vüsalın qətlinə görə cəmi 10 min veribmiş...
639237
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə istintaqı başlayıb.

Bizim.Media-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham aktını elan edib.

Xəyal Əli-Zadə xidməti səlahiyyətlərini icra etmək əvəzinə, vəzifəsindən və maddi imkanlarından istifadə edərək Vüsal Şilderə qarşı cinayət planı qurub. Əvvəlcə bir neçə dəfə Vüsaldan həyat yoldaşının bacısı Lalə ilə münasibətini dayandırmağı tələb edib. Lakin Vüsal onun tələbini qəbul etməyib. Bundan hiddətlənən Xəyal onu öldürtdürmək qərarına gəlib.

Xəyal Vüsalı öldürtdürmək üçün tanışı Seymur Talıbovdan adam tapmasını istəyib. Bunun qarşılığında da Seymura 10 min manat pul verib. 

Vüsalın qətlinə görə cəmi 10 min veribmiş... - foto 1

Seymur Talıbov bu işi həll etmək üçün əvvəllər dəfələrlə məhkum edilmiş Elman İsgəndərovu tapıb. Seymur Siyəzən rayonundan gələn Elmana əvvəlcə 100 manat pul və bıçaq verib. Ona Bakı şəhərində qalmağa yer təşkil edib. 

Xəyal Əli-Zadə isə Elmanla Seymura həbs edilməyəcəkləri barədə də vəd verib. Elman İsgəndərov Vüsal Şilderi universitetdən çıxandan sonra bir neçə bıçaq zərbəsi vurmaqla qətlə yetirib. Elman qətli icra etdikdən sonra cinayət aləti olan bıçağı kanalizasiyaya atıb.

Bu əməlinə görə Xəyal Əli-Zadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsi ilə ittiham verilib. Hakim müttəhimin nəzərinə çatdırıb ki, təqsiri sübuta yetirilsə, onu 14 ildən 20 ilə kimi və ya ömürlük həbs cəzası gözləyir.

Xəyal Əli-Zadə isə özünü təqsirli bilmədiyini deyib. O, indiki halda ifadə verməkdən də imtina edib.

Proses oktyabrın 20-də davam edəcək.

Qeyd edək ki, Vüsalın qətlində təqsirli bilinən Elman İsgəndərov və Seymur Talıbov hadisə baş verəndən sonra mühakimə edilib. Elman 15, Seymur 12 il azadlıqdan məhrum edilib.(Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO