Bakı Uşaq və Gənclər Teatrı Azərbaycan teatr tarixində bir ilkə imza atır. Belə ki, Teatrın bədii rəhbəri və direktoru, Əməkdar artist İntiqam Soltanın təşəbbüsü ilə “Ən yaxşı yalan danışan aktyor” adlı festivala start verilir.
Bu barədə Bizim.Media-ya özəl açıqlama verən İntiqam Soltan bildirib ki, yeni festival aprelin 1-i Gülüş Günü münasibətilə keçiriləcək:
“Gülüş günü münasibətilə Azərbaycanda ilk dəfə aktyorlar, rejissorlar və teatr adamları arasında “Yalan Festivalı” keçirəcəyik.
Bu xəbəri ilk dəfə məhz sizə deyirəm. Festivala az vaxt qalsa da, xüsusi hazırlıq tələb etməyən teatr hadisəsi olacaq. Aktyor əslində kimdir? Aktyor sənəti yalan danışmaqdır. Ən yaxşı yalan danışan xalqın sevimlisinə çevrilir. Və bu festivalda “Ən yaxşı yalan danışan aktyor” qalib gələcək. Açığı bu layihə çoxdan hazırdır. Sadəcə işlərimiz çox olduğuna görə, hələlik elan etmək istəmirdik.
Festivalın münsiflər heyəti belə gizli saxlanılır. Hətta məndən başqa münsiflər heyətinin üzvlərinin kim olacağını heç kim bilmir.
Siyahı məndədir və heç kim bilmir ki, orada münsif kimi kimin adı yazılıb. Hazırda festivalla bağlı danışıqlar gedir. Çox güman ki, iki mərhələdə keçirilən festival olacaq. Birinci məhhələ yaradıcı adamlar arasında, ikinci mərhələ gənclər arasında təşkil ediləcək. Festivala giriş sərbəst olacaq” deyə Əməkdar artist İntiqam Soltan əlavə edib.
Ülviyyə Həsənqızı, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
11:37 / 09.03.2022
“Ən yaxşı yalan danışan aktyor” kim olacaq? – Azərbaycanda İLK
Hazırda oxunan: “Ən yaxşı yalan danışan aktyor” kim olacaq? – Azərbaycanda İLK
Hazırda oxunan: “Ən yaxşı yalan danışan aktyor” kim olacaq? – Azərbaycanda İLK
63784
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.