Azərbaycanda 15 mindən çox tələbə rus bölməsində təhsil alır

Azərbaycanda 15 mindən çox tələbə rus bölməsində təhsil alır

Hazırda oxunan: Azərbaycanda 15 mindən çox tələbə rus bölməsində təhsil alır

61395

"Qarşılıqlı investisiyaların artırılması işində çox ümidverici imkanlar var. Bu gün biz nəqliyyat sahəsində, özü də təkcə ikitərəfli formatda deyil, regionda yeni vəziyyət, yeni geosiyasi reallıqlar nəzərə alınmaqla çoxtərəfli, regional formatda əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da ətraflı müzakirə etdik. Artıq “3+3” deyilən əməkdaşlıq platforması mövcuddur. Əminəm ki, bu platformanın iştirakçıları olan tərəflər ilk addımı atandan sonra, o cümlədən bu sahədə də əməkdaşlıq edəcəklər".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mətbuata bəyanatında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin: “Azərbaycanın 340 məktəbində rus dili fəal şəkildə öyrənilir”


"Bu gün regionda kommunikasiyaların açılması məsələsi də müzakirə edildi və düşünürəm ki, bu məsələnin çox yaxşı perspektivi var. Bizim fəaliyyətimizi, humanitar əməkdaşlıq üzrə birgə fəaliyyətimizi qiymətləndirdiyinə görə Vladimir Vladimiroviçə təşəkkür edirəm.

Bu sahə həmişə prezidentlərin diqqət mərkəzindədir. Biz demək olar ki, bu sahənin inkişafına müvafiq impuls veririk və Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı və təhsilin rus dilində olduğu məktəblərin sayı barədə Vladimir Vladimiroviçin gətirdiyi rəqəmlər əlamətdardır, onlar özləri çox şeyi deyir.

Buna onu əlavə etmək istərdim ki, Azərbaycanda ali məktəblərin rus bölməsində 15 mindən çox tələbə təhsil alır və rus dilində təhsilə maraq artır. Ölkəmizdə Moskva Dövlət Universitetinin, Seçenov adına Tibb Akademiyasının filialları fəaliyyət göstərir və biz əməkdaşlıq potensialını artırmaq niyyətindəyik", - dövlət başçısı qeyd edib.

"Biz bu il Bakı Humanitar Forumunun müntəzəm keçirilməsini də bərpa etməyi planlaşdırırıq. Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və keçiriləcək Forumda pandemiya səbəbindən fasilə yaranmışdı.

Bu gün biz işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə Rusiya şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə etdik, bu işə böyük maraq var.

Bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb və biz həmin sifarişləri diqqətlə nəzərdən keçiririk. Hesab edirəm ki, bu sahə bizim əməkdaşlığımızın yeni sahəsidir.

O, həm praktiki baxımdan faydalı olacaq, həm də bizim qarşılıqlı fəaliyyətimizin səviyyəsini artıracaq", - Azərbaycan Prezidenti vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO