Ərdoğan: “Aralıq dənizindən Avropaya qaz ancaq Türkiyə vasitəsilə nəql edilə bilər”

Ərdoğan: “Aralıq dənizindən Avropaya qaz ancaq Türkiyə vasitəsilə nəql edilə bilər”

Hazırda oxunan: Ərdoğan: “Aralıq dənizindən Avropaya qaz ancaq Türkiyə vasitəsilə nəql edilə bilər”

56006

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Aralıq dənizindəki yataqlardan qazın Avropaya ancaq Türkiyə ərazisi ilə nəql oluna biləcəyini deyib. 

Bizim.Media xəbər verir ki, bu barədə o, Albaniyadan qayıdarkən təyyarənin göyərtəsində olan türkiyəli jurnalistlərə “EastMed” qaz kəmərinin məqsədəuyğunluğu ətrafında müzakirələri şərh edərkən bildirib.

“Bu layihə həyata keçirilə bilməz. Biz bunu öyrəndik və gördük ki, orada müsbət məqamlar yoxdur. Belə bir iş (qazın regiondan Avropaya çatdırılması) Türkiyəsiz həyata keçirilə bilməz. Əgər qaz oradan Avropaya gedirsə, o zaman yalnız Türkiyə vasitəsilə”, - Ərdoğan bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO