Putin Çin rəhbərinə nə söz verdi? – ABŞ siyasi SARSINTILAR içində 

Putin Çin rəhbərinə nə söz verdi? – ABŞ siyasi SARSINTILAR içində 

Hazırda oxunan: Putin Çin rəhbərinə nə söz verdi? – ABŞ siyasi SARSINTILAR içində 

50955

Son dönəmlər dünyada qütbləşmə problemi özünü tam şəkildə büruzə verməyə başlayıb. Artıq dünya liderləri öz mövqelərini açıq şəkildə ifadə etməkdən də çəkinmirlər.

Bu cür gedişat isə, uzun illərdir gündəmdə olan “21-ci əsrin Soyuq Savaşı”nda daha şaxtalı günlərin bizi gözlədiyindən xəbər verir. 

Qarşılıqlı zərbələr

Belə ki, ABŞ-ın Çində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot etməsi soyuqluğu yenidən gündəmə gətirdi. Xüsusən də, Ağ Evin birlik simvolu kimi xarakterizə olunan beynəlxalq idman yarışından imtina etməsi rəqabətin bütün sahələrdə aparılacağını nümayiş etdirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Çin lideri Putinə səsləndi: “Ölkələrimiz arasındakı münasibətləri pozmağa imkan vermədiniz” - VİDEO


ABŞ-ın təşkilatçılığı ilə keçirilən demokratiya sammiti isə, Çinə, eyni zamanda Rusiyaya yönələn növbəti mesaj kimi qiymətləndirildi.

Çünki Ermənistan timsalında demokratiya ilə yaxından-uzaqdan əlaqəsi olmayan bir dövlətin qatıldığı zirvənin başqa məqsədlərə xidmət etməsi onsuz da aşkar idi. Təsadüfi deyil ki, nüfuzlu “New York Times” jurnalı da demokratiya sammitini Rusiya və Çinə sərt cavab kimi təqdim etdi.

ABŞ-ın fəaliyyəti qarşısında Çin-Rusiya tandemi də prosesləri susaraq izləmədi. İlk olaraq, Ağ Evin Olimpiadanı boykot etmə qərarını açıqlamasından sonra, iki ölkə liderləri arasında görüşün keçiriləcəyini elan etdilər.

Dekabrın 15-də isə, Vladimir Putinlə Si Tzinpin arasında telefon danışığı baş tutub. Müzakirələr zamanı diqqət çəkən nüanslar isə yetərincə idi:

1. Putin Çinli həmkarı ilə birgə Qış Olimpiadasının açılış mərasimində iştirak edəcək. Bu açıqlama, təbii ki, Vaşinqtonun boykot qərarına cavab mesajı idi.  

2. Rəsmi Pekin Rusiyanın NATO-nun “qərbə doğru genişlənmə” siyasətindən narahatlığının haqlı olduğu fikrini dəstəklədi. Sözügedən məsələ isə, Çinin Qərb qarşısında Rusiyanın yanında olduğunun nümayişi idi. Amerika mətbuatı bu mövzu ilə bağlı “ABŞ-ın bir çox müttəfiqi ola bilər, lakin Rusiyanın Çini var”, fikirləri də Moskva-Pekin əməkdaşlığının hansı səviyyədə olduğunu ortaya qoyur.

3. Tzinpin Putindən enerji sahəsində əməkdaşlığın genişləndirilməsini xahiş edib. Bu, hər iki tərəf üçün həyati əhəmiyyətə malik olan məsələdir. Çünki Qərblə münasibətlərdəki dalğalanmalar və Ukrayna məsələsində aktuallığını qoruyan risklər, Rusiyanın böyük enerji ehtiyatlarına alternativ alıcılar tapmasını labüd edirdi. Çin kimi böyük enerji ehtiyacı olan dövlətlə əməkdaşlığın qurulması isə, Moskvanın Avropadan gələn risklərdən sığortalanması deməkdir.
 

Çin üçün bu cür əməkdaşlığın gətirəcəyi dividendlər daha çoxdur. Həm ehtiyacı olan enerjini daha yaxın mənbədən - Sibirdən əldə etmək imkanı, həm də Rusiya ilə daha dərin bağlarla birləşmək Pekini enerji təhlükəsizliyi məsələsində xeyli arxayınlaşdıracaq.


Bu, əməkdaşlığın gedişatından asılı olaraq ekspansional siyasəti ilə seçilən Çinin gözünü dikdiyi Sibirə çıxış imkanlarını da əhəmiyyətli dərəcədə yüksəldə bilər.

Ümumilikdə isə, Çin Rusiya əməkdaşlığının liderlərin görüşü və ABŞ-ın Şərq siyasətindəki sərt mövqeyi səbəbindən daha da inkişaf edəcəyi aydın sezilir.
 

Lakin bu tərəfdaşlığın da sağlam bağlarla birləşdirildiyinə inananların sayı xeyli azdır. Sadəcə ortaq rəqibə qarşı situasiyadan irəli gələn tələb Pekinlə Moskvanı bir araya gətirib. 


Buna rəğmən, situativ dostların münasibətlərinin yaxın perspektivdə ciddi sarsıntılar keçirəcəyi inandırıcı görünmür.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO