Bakıda sahibkarlarla VACİB GÖRÜŞ - Tikintiyə icazələr necə veriləcək?

Bakıda sahibkarlarla VACİB GÖRÜŞ - Tikintiyə icazələr necə veriləcək?

Hazırda oxunan: Bakıda sahibkarlarla VACİB GÖRÜŞ - Tikintiyə icazələr necə veriləcək?

47533

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə tikintiyə icazələrin verilməsi ilə bağlı sahibkarla onlayın görüş keçirilib.

KOBİ-dan Bizim.Media-ya verilən məlumata görə, görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və 20-yə yaxın sahibkarlıq subyekti iştirak edib.
 

Sahibkarlara tikintiyə icazələrin alınması sahəsindəki mövcud prosedurlar barədə ətraflı məlumat verilib, onların qarşılaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib. 


Görüşdə iştirak edən müvafiq qurumların nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO