Borclu kimi axtarışda olan 77 nəfər saxlanıldı

Borclu kimi axtarışda olan 77 nəfər saxlanıldı

Hazırda oxunan: Borclu kimi axtarışda olan 77 nəfər saxlanıldı

47220

Ötən gün Azərbaycanda törədilən 32 cinayətin üstü “isti izlər”lə açılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 93 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO