Ermənistanda etirazçılar parlamentin qarşısına toplaşacaq

Ermənistanda etirazçılar parlamentin qarşısına toplaşacaq

Hazırda oxunan: Ermənistanda etirazçılar parlamentin qarşısına toplaşacaq

4704

Ermənistan müxalifəti bu gün də  etiraz aksiyaları keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “ARF Daşnaksütyun”un nümayəndəsi İşxan Saqatelyan deyib.

O bildirib ki, Baş Nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyalarını davam etdirəcəklər.

Saqatelyanın sözlərinə görə, vətənin qurtuluşu naminə hərəkatın çağırışına cavab olaraq ölkə ərazisində vətəndaş itaətsizliyi aksiyaları keçirilib və etirazlara Ermənistanın layiqli insanları qoşulub:

“Bu gün eyni şəkildə davam edəcəyik. Eyni ruhda, eyni qətiyyətlə. Günortadan sonra, saat 16: 00-da, Ermənistan parlamentinin qarşısında görüşürük. Gəlin birlikdə vətənimizi xilas edək”, - deyə Saqatelyan əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO