Türkiyədə təlimdə vəfat edən hərbçimizin nəşi belə yola salındı - VİDEO

Türkiyədə təlimdə vəfat edən hərbçimizin nəşi belə yola salındı - VİDEO

Hazırda oxunan: Türkiyədə təlimdə vəfat edən hərbçimizin nəşi belə yola salındı - VİDEO

45367

Türkiyədə təlimlərdə həyatını itirən Azərbaycan hərbçisi, kapitan Rafiq Carulla oğlu Quliyevin tabutu qardaş ölkədən yola salınıb.

Bizim.Media-nın mərhumun ailə üzvlərindən əldə etdiyi videodan aydın olur ki, Rafiq Quliyevin cənazəsi tibbi ekspertiza edildiyi xəstəxanadan Türkiyə hərbçiləri tərəfindən hərbi qaydalara uyğun yola salınıb və Azərbaycan hərbçilərinə təhvil verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Hərbi qulluqçumuz həlak oldu - FOTO


Qusarın Xuray kənd məzarlığında dəfn edilən Rafiq Quliyev son mənzilə böyük izdihamla yola salınıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin və Qusardakı hərbi hissəsinin şəxsi heyəti iştirak ediblər. Vətən Müharibəsi iştirakçısı olan Rafiq Quliyev 3 aya yaxın idi ki, Türkiyədə təlimlərə qatılmışdı.

Rafiq Quliyev bir ay sonra ata olmağa hazırlaşırdı.

Aytəkin Alxaslı, Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO