“TƏBİB məni döyüşə buraxmırdı” - CƏBHƏDƏN GƏLƏN HƏKİM

“TƏBİB məni döyüşə buraxmırdı” - CƏBHƏDƏN GƏLƏN HƏKİM

Hazırda oxunan: “TƏBİB məni döyüşə buraxmırdı” - CƏBHƏDƏN GƏLƏN HƏKİM

4276

Bizim.Media-nın cəbhədən gələn həkimlərlə söhbəti davam edir. Budəfəki həmsöhbətimiz gənc və təcrübəli həkim travmatoloq Laçın Məmmədovdur. Cəbhədə görüb bildiklərindən soruşmazdan öncə müsahibimin  adının xüsusi tarixçəsi və mənası olduğunu düşünürəm.

Laçın dünyaya gələndə atası Əli Məmmədov Qarabağda döyüşürmüş. Torpaqlarımız işğal olunandan sonra atası məktub göndərir ki, oğlu olsa adını Laçın  qoysunlar ki, Laçını bir ömür boyu yaşatsınlar. Hazırda onun atası II dərəcəli Qarabağ əllilidir.

Məhz bu səbəbdəndə Laçın Məmmədov cəbhəyə könüllü kimi yola düşməyi təsadüfi deyil. Çünki ailələrində Qarabağı fərqli sevgi və ehtiramla anıblar. O torpaqlara geri dönəcəkləri günü səbirsizliklə gözləyiblər. Amma Laçının cəbhəyə yola düşməyi o qədərdə asan olmayıb:

-Sentyabrın 27-də könüllü olaraq qeydiyyatdan keçdim. Mənim cəbhəyə getməyim üçün müraciətimə TƏBİB-dən cavab gəlmirdi. Təkrar müraciət etdim. Bu dəfə cavab gəldi ki, ehtiyac olarsa aparacaqlar. Mən daha çox cəbhə bölgəsində olmaq istəyirdim. Çünki evimizdə Qarabağ mövzusu xüsusu məna daşıyırdı.

Atam qazidir. Hərbidə yaralanan insanların mənə ehtiyacı olduğunu bilirdim. Mən necə getməyə bilərdim ki?! Növbəti cəbhəyə yollanmaq cəhdimdə dostum mənə kömək oldu. Və beləliklə 20 oktyabrda Ağcabəddi rayon Mərkəzi Rayon Xəstəxanasında  könüllü çalışmağa başladım.

Laçın Məmmədov II Qarabağ savaşında hər əsgərin bir hekayəsi, bir alın yazısı olduğunu deyir:

- 8 saatlıq əməliyyatdan sonra bir əsgərimizi həyata qaytardıq. Əlini amputasiya  etmədən onu yaşatdıq. Ağlaya - ağlaya  əməliyyat etdiyimiz günlər oldu. Elə olurdu ki, bir gündə 20-25 əməliyat etmişik. Əməliyyatların sayı 50-ə çatan günlər də olurdu.

Laçın deyir ki, Aprel döyüşlərdə döyüşən zabitimiz var idi. Güllələrdən boynuna boyunbağı taxmışdı. Həmin zabit II Qarabağ savaşında ağır güllə yarası almışdı. Mənə boynundakı gülləni hədiyyə verəndə dedi ki, Cəbrayıl alınana qədər  çıxartmayacağına söz verib. Dedim əmin  olun, Cəbrayıl alınıb. Əsgərdən mənə xoş hədiyyə və məndən də ona xoş xəbər oldu: 
“Bizim məqsədimiz hərbiçilərimizi yaşatmaq idi. Amma təəssüf ki hərdən bunu bacarmırdıq. Allah şəhidlərimizə rəhmət eləsin”.

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO