Altay şəhid olanda cibindən hərbi hissənin ona qardaşının yasında iştirak etmək üçün verdiyi 5 günlük icazə kağızı vardı.
Döyüş yoldaşlarının dediyinə görə hərbi hissə komandirinə "hazırda qardaşımın qisasını alıram, müharibədən sonra məzarını ziyarət edərəm" deyərək, 5 günlük icazədən imtina edibmiş. Bir neçə gün sonra qardaşının ziyarətinə gəlib, amma həmişəlik gəlib.... Məzarları yanaşıdır.
Məşhur Xanış kişinin şəhid nəvələri, Elgün və Altay qardaşları
Bir vaxtlar Lerikin məşhur Xanış kişisi vardı, biz çoban Xanışı həm də Prezident Heydər Əliyevin yaxın dostu Xanış kişi kimi tanıyırdıq. Leriklilər deyirdilər ki, mərhəmətli, əliaçıqdır, rayonda, kənddə hər kəsə əl tuturmuş, bəzən heç kimliyini də bildirmək istəmirmiş ki, kimsə ona borclu olduğunu hiss etməsin.
2020-ci ildə də hər kəs Xanış kişini yenidən xatırlayır. Amma bu dəfə nəvələri ilə xatırlanır, rəhmət oxunur.
Oğlu Tahirin iki övladı, Xanış kişinin nəvələri Elgün və Altay qardaşları Vətən müharibəsində iştirak etmək üçün dərhal cəbhəyə yollanıblar. Cəbhənin müxtəlif istiqamətlərində döyüşüblər, rayonlarımızın işğaldan azad edilməsində iştirak ediblər.
Fotoda Elgün və Altayın atası Tahir və bacıları Əminədir. Hər gün gəlirlər ziyarətə. Tək təsəlliləri Elgün və Altayın torpaqlarımızın aşadlığı uğrunda şəhid olmalarıdır. Allah rəhmət eləsin! Bütün şəhidlərimizin ruhu şad olsun.
Ağanisə Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:17 / 01.12.2020
Şəhid qardaşının dəfnində iştirak etməkdən imtina etdi - Özü də şəhid kimi döndü...
Hazırda oxunan: Şəhid qardaşının dəfnində iştirak etməkdən imtina etdi - Özü də şəhid kimi döndü...
Hazırda oxunan: Şəhid qardaşının dəfnində iştirak etməkdən imtina etdi - Özü də şəhid kimi döndü...
3970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.