Abşeronda yağışda köməksiz qalan 3 nəfər xilas edildi – VİDEO 

Abşeronda yağışda köməksiz qalan 3 nəfər xilas edildi – VİDEO 

Hazırda oxunan: Abşeronda yağışda köməksiz qalan 3 nəfər xilas edildi – VİDEO 

39630

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən ötən sutka ərzində 13 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.  

Bizim.Media xəbər verir ki, bu barədə FHN-in saytı məlumat yayıb. 

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib. 

Bundan əlavə, Bakı şəhərinin Sabunçu rayonu və Abşeron rayonunun Xırdalan şəhərində intensiv yağışlar nəticəsində bəzi ərazilərdə yaranmış fəsadların aradan qaldırılması təmin olunub. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO