Minlərlə turistdə koronavirus aşkarlandı

Minlərlə turistdə koronavirus aşkarlandı

Hazırda oxunan: Minlərlə turistdə koronavirus aşkarlandı

39552

Turizm mövsümü başlayandan bəri Antalyada xarici turistlər arasında 1,2 milyondan çox (1.226.796) PCR test aparılıb. Nəticədə 31.979 testin cavabı müsbət çıxıb. Beləliklə, Antalyaya dincəlməyə gələn əcnəbilər arasında yoluxma faizi 2,61% təşkil edib.

Bizim.Media xəbər verir ki, bu məlumatı Antalya Səhiyyə İdarəsinin müdiri Dr. Ünal Huldur mətbuat konfransı zamanı açıqlayıb.

Ünal Huldur, hazırda Antalyada əhalisinin aktiv şəkildə peyvənd edildiyini vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirus və antitel testlərinin qiyməti niyə BAHADIR?


Türkiyə Səhiyyə Nazirliyindən verilən son məlumata görə, bölgədə koronavirusun yayılması 100 min əhaliyə 47,29 hadisə təşkil edir.

Bu göstərici "narıncı" risk səviyyəsinə uyğundur. Hazırda 136 xəstə reanimasiya şöbəsində müalicə olunur. Beləliklə, yataq tutumundan istifadə nisbəti 51,9%-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO