Nazir atıcılıq federasiyasının fəaliyyəti ilə maraqlandı - FOTO/VİDEO

Nazir atıcılıq federasiyasının fəaliyyəti ilə maraqlandı - FOTO/VİDEO

Hazırda oxunan: Nazir atıcılıq federasiyasının fəaliyyəti ilə maraqlandı - FOTO/VİDEO

39014

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti ilə tanış olub.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

F.Qayıbov stend və güllə atıcılığı üzrə yığma komandaların üzvləri ilə görüşüb, onların məşq proseslərini izləyib, problemlərini dinləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Fərid Qayıbov: “Şəhidlərin əksəriyyəti gənclər idilər”


Federasiyasının baş katibi Emin Cəfərov nazirə qurumun fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib.

Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə federasiya İcraiyyə Komitəsinin üzvü, olimpiya çempionu Zemfira Meftahəddinova və güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi, olimpiya mükafatçısı İradə Aşumova iştirak ediblər.

Daha sonra nazir Respublika Stend Atıcılığı üzrə İdman Kompleksinin maddi-texniki bazasına baxış keçirib. Kompleksin şəraiti və fəaliyyəti ilə maraqlanıb.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO