Binəqədi və Xəzər rayonlarında ərazilər yağış sularından təmizləndi - FHN

Binəqədi və Xəzər rayonlarında ərazilər yağış sularından təmizləndi - FHN

Hazırda oxunan: Binəqədi və Xəzər rayonlarında ərazilər yağış sularından təmizləndi - FHN

38814

26 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Bakı şəhərində bəzi fərdi evlər və həyətyanı sahələrin, kommunikasiya obyektinin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bizim.Media FHN-ə istinadən xəbər verir ki, bununla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda bir sıra evləri və həyətyanı sahələri su basıb


​​​​​​​Görülmüş tədbirlər sayəsində paytaxın Binəqədi və Xəzər rayonları üzrə subasmaya məruz qalmış ərazilərdən yağış sularının kənarlaşdırılması təmin olunub.

Hazırda bəzi ünvanlarda yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO