Taliban tələbə qızlara oxumağa icazə verdi – ANCAQ BİR ŞƏRTİ VAR

Taliban tələbə qızlara oxumağa icazə verdi – ANCAQ BİR ŞƏRTİ VAR

Hazırda oxunan: Taliban tələbə qızlara oxumağa icazə verdi – ANCAQ BİR ŞƏRTİ VAR

35088

Əfqanıstanda qızların universitetlərdə təhsil almasına icazə veriləcək, ancaq onlara yalnız qadınlar dərs deyəcək. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Independent" nəşri təhsil naziri vəzifəsini icra edən, Taliban nümayəndəsi Abdul Baqi Haqqaniyə istinadən yayıb.

Onun sözlərinə görə, tələbə qızlar oğlanlarla eyni otaqda olmamalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Taliban Pəncşir uğrunda AĞIR DÖYÜŞLƏR aparır


Əbdül Baqi Haqqani  "Əfqanıstan xalqı şəriət qanunları çərçivəsində ali təhsilini davam etdirəcək, ancaq oğlanlarla qızlar bir yerdə oxumamalıdır" deyib.

Taliban hələ yeni hökumət qurmayıb. Hələlik, ABŞ-ın işğalından 20 il əvvəlki kimi şəriət qanunlarını rəhbər tutacaqlarını söyləyirlər.

Ancaq keçmiş qaydalardan əhəmiyyətli bir fərq var. İndi qadınlar oxuya və işləyə bilərlər.

Yeni hökumət "digər ölkələrlə rəqabət edə biləcək İslami, milli və tarixi dəyərlərə uyğun, həssas bir İslam tədris proqramı yaratmaq" niyyətindədir. Yeni hökumətin nümayəndəsi əlavə edib ki, "qızlara kişi müəllimlərin dərs keçməsi qadağandır".

Xatırladaq ki, avqustun 31-də xarici qoşunların Əfqanıstandan çıxarılması üçün verilən müddət başa çatıb. Əhali işğalın sonunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO