Azərbaycanda koronavirusdan bu gün 28 nəfər ölüb

Azərbaycanda koronavirusdan bu gün 28 nəfər ölüb

Hazırda oxunan: Azərbaycanda koronavirusdan bu gün 28 nəfər ölüb

3209

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2735 yeni yoluxma faktı qeydə alınıb, 1374 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media -ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 89898 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 62243 nəfər müalicə olunaraq sağalıb, 1107 nəfər vəfat edib, aktiv xəstə sayı 26548 nəfərdir.

Ölkədə son sutka ərzində 16220, hazırkı dövrədək isə 1592280 test aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO