Rusiyalı nazir Bakıdadır - FOTO 

Rusiyalı nazir Bakıdadır - FOTO 

Hazırda oxunan: Rusiyalı nazir Bakıdadır - FOTO 

27521

Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun Azərbaycana səfəri başlayıb. 

Bizim.Media xəbər verir ki, rusiyalı nazir Azərbaycanın səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayevlə birlikdə Fəxri Xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib. 

M. Muraşko akademik Zərifə Əliyevanın da məzarına gül dəstələri düzüb. Daha sonra rusiyalı nazir Şəhidlər xiyabanını ziyarət edib. 

M. Muraşko səfər zamanı Bakıda bir sıra görüşlər keçirəcək. İki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığa dair sənəd imzalanması da nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO