Biləsuvarda azyaşlının ölüm faktı ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Biləsuvarda azyaşlının ölüm faktı ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Biləsuvarda azyaşlının ölüm faktı ilə bağlı TƏBİB-dən AÇIQLAMA

261167

2022-ci il təvəllüdlü kişi cinsli azyaşlı 13 və 18 iyul 2025-ci il tarixlərində sol qasıq nahiyəsində olan ağrılarla əlaqədar valideynləri tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Biləsuvar xəstəxanasında 3 yaşlı uşaq ölüb


Cərrah həkim tərəfindən aparılan müayinələr nəticəsində azyaşlıya soltərəfli qasıq yırtığı diaqnozu qoyulub və planlı cərrahi əməliyyat təyin edilib.

21 iyul 2025-ci il tarixində, saat 15:00 radələrində əməliyyata hazırlıq zamanı azyaşlıya anestezioloji preparatlar inyeksiya edildikdən sonra anafilaktik şok müşahidə olunub.

TƏBİB bildirir ki, azyaşlının həyatını xilas etmək üçün bütün zəruri tibbi və reanimasion tədbirlər görülüb, həkimlərin səylərinə baxmayaraq, təəssüf ki, saat 20:20 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO