Xəbər verdiyimiz kimi, dünən Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsi 3 nəfərin həyatını itirməsi ilə nəticələnib.
Bizim.Media xəbər verir ki, “QAZ 3110” markalı avtomobilin su kanalına düşməsi nəticəsində yaxın qohum olan 1971-ci il təvəllüdlü Sərraf Qafarov, 1989-cu il təvəllüdlü Camal Dəmirov və 1987-ci il təvəllüdlü Ramiq Həsənov vəfat edib.
Onların suya düşən maşında boğularaq ölməsi məlum olub.
Qeyd edək ki, hər 3 şəxs əkin sahəsinə gedərkən hadisə baş verib.
Faktla bağlı araşdırma aparılır.
Vəfat edən şəxslərin fotosunu təqdim edirik: (Qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:26 / 14.07.2025
Ağır qəzada ölən qohumların FOTOSU
Hazırda oxunan: Ağır qəzada ölən qohumların FOTOSU
Hazırda oxunan: Ağır qəzada ölən qohumların FOTOSU
259853
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.