İrəvan yenə etiraz dalğasına büründü - VİDEO

İrəvan yenə etiraz dalğasına büründü - VİDEO

Hazırda oxunan: İrəvan yenə etiraz dalğasına büründü - VİDEO

2598

İrəvanın mərkəzində yenidən etiraz aksiyaları keçirilir.

Bizim.Media RİA Novosti-yə istinadla xəbər verir ki, iştirakçılar Azadlıq Meydanına toplaşaraq Baş nazir Nikol Paşinyanın Bakı ilə imzaladığı müqaviləyə görə istefasını tələb edirlər.

İnsanlar dördüncü gün küçələrə axışırlar. Nümayişdə "Nikol vətən xainidir" şüarını səsləndirən etirazçılar, Qarabağla bağlı razılaşmanın qüvvədən düşməsini tələb edirlər.

Müxalif Daşnaksütun partiyasının nümayəndəsi Armen Rüstəmyan jurnalistlərə bildirib ki, mitinqin bir neçə təşkilatçısı Xüsusi İstintaq Xidmətinə dəvət olunublar.

Rüstəmyanın fikrincə, bu, onların aksiyada iştirakının qarşısını almaq üçündür.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO