Məşhur rusiyalı müğənni Ukraynada yaşayış icazəsi aldı – FOTO

Məşhur rusiyalı müğənni Ukraynada yaşayış icazəsi aldı – FOTO

Hazırda oxunan: Məşhur rusiyalı müğənni Ukraynada yaşayış icazəsi aldı – FOTO

247066

Rusiyalı müğənni və keçmiş "VIA Qra" qrupunun üzvü Ulyana Sineçkaya Ukraynada yaşayış icazəsi əldə edib.

Bizim.Media xəbər verir ki, artıq o, rəsmi olaraq Ukrayna ərazisində qalmaq və yaşamaq hüququna malikdir.

Sineçkaya daha əvvəl açıqlamışdı ki, Rusiya vətəndaşlığından imtina edib, Ukrayna vətəndaşlığı almaq istəyir, lakin hələlik bu mümkün olmayıb.

Buna baxmayaraq, müğənni Kiyevdə yaşadığını təsdiqləyib və sosial şəbəkədə paylaşım edərək bunları yazıb:

"Bir çoxu harada yaşadığımı belə bilmir. Kiyev. Mən və Neо (müğənninin iti - red.). Bir sevgi". - deyə sənədin şəklini də təqdim edib.

Qeyd edək ki, Ulyana Sineçkaya müharibənin ilk günlərindən etibarən Kreml rejimini və Rusiyanın Ukraynaya qarşı təcavüzünü açıq şəkildə qınayıb. O, dəfələrlə bəyan edib ki, artıq öz vətənində yaşamaq istəmir və həmişəlik Ukraynada qalmaq niyyətindədir.

Sineçkaya bir neçə ildir Kiyevdə yaşayır. O, bir vaxtlar ukraynalı müğənni ALEKSEEV ilə münasibətdə olub, lakin ayrıldıqdan sonra da Ukraynada qalmağa davam edib.

Xatırladaq ki, ALEKSEEV bir müddət əvvəl "VIA Qra"nın keçmiş üzvü ilə münasibətlərinin başa çatdığını təsdiqləmişdi. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO