Məhkəmədə ana onu döyən oğlunu bağışladı

Məhkəmədə ana onu döyən oğlunu bağışladı

Hazırda oxunan: Məhkəmədə ana onu döyən oğlunu bağışladı

246854

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Əşrəf Balayevin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


İttihama görə, hadisə 06 aprel 2025-ci il tarixdə, saat 22 radələrində Sabunçu rayonu ərazində yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, Əşrəf Balayev yaşadıqları evin qonaq otağında anası, zərərçəkmiş Maya Balayeva (ad, soyadı şərtidir) ilə ailə-məişət zəminində mübahisə edib. Buna səbəb isə ananın oğlu ilə kobud danışması olub. Bu zaman Əşrəf qəsdən qadının çiynindən tutaraq divara çırpıb, bir dəfə isə stul ilə çiyin nahiyəsindən vuraraq, ona yüngül zərər yetirib.

Hadisədən sonra Əşrəf Balayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmənin hazırlıq iclasında zərərçəkmiş Maya Balayeva hazırda oğlu ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib. (Pravda.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO