Zelenskinin azərbaycanlı dizayneri həm də Kardaşyanı geyindirirmiş – FOTO

Zelenskinin azərbaycanlı dizayneri həm də Kardaşyanı geyindirirmiş – FOTO

Hazırda oxunan: Zelenskinin azərbaycanlı dizayneri həm də Kardaşyanı geyindirirmiş – FOTO

238139

Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya üçün hazırladığı geyimlərlə tanınan azərbaycanlı dizaner Elvira Həsənova erməni şou ulduz Kim Kardaşyan və onun bacısı üçün də libaslar hazırlayıb.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, illər öncə Kardaşyan bacılarından biri – Kortni Kardaşyan Ukraynada çalışan Həsənovanın son kolleksiyasından olan seksual geyimi ilə poz verib.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenskinin dizayneri azərbaycanlı imiş - FOTO/VİDEO


Kardaşyan həmin fotoları sosial şəbəkədə paylaşıb. Onunla yanaşı, fotolarda bacısı - Xloya Kardaşyan və Kendal Cener də poz verib.

Bu gözəlçələrinin instaqramda üçünün birgə 250 milyonluq izləyicisi var. 

Qeyd edək ki, Elvira Həsənova Kortni Kardaşyanın onun hazırladığı geyimdə görünməsini bütün komandasının əməyi və ABŞ-a uğurlu səfərinin nəticəsi olduğunu deyib. "Gələcəkdə daha çox şeylər olacaq" deyə dizayner vurğulayıb.
 

Xatırladaq ki, azərbaycanlı dizayner Elvira Həsənova 2013-cü ildə  “Gasanova” brendinin təsis edib. Onun geyimlərinin ən böyük pərəstişkarlarından biri Ukraynanın birinci xanımı Yelena Zelenskayadır. 


Eyni zamanda Həsənova Paris Hilton, Cici Hadid və Bibi Rekca kimi məşhurlar üçün də geyimlər hazırlayıb.

Dizayner xanım Ukrayna Moda Həftəsinin daimi iştirakçısıdır və ildə iki mövsümi kolleksiya hazırlayır. Brend dünya üzrə 12 mağazada təmsil olunur və özünün 4 françayzinqinə malikdir. 








Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO