Dövlət qurumu cərimələndi - YENİLƏNİB

Dövlət qurumu cərimələndi - YENİLƏNİB

Hazırda oxunan: Dövlət qurumu cərimələndi - YENİLƏNİB

21586

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, cərimələnən Agentlik deyil, təcili tibbi yardım avtobazasıdır:

“Təcili tibbi yardım avtobazası isə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindədir”.

***

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cərimələnib.

Bizim.Media xəbər verir ki, protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə baxılması üçün göndərilib.

İş hakim Babək Pənahovun icraatındadır.

Agentliyə prokotol İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə tərtib olunub.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO