“Azərbaycan Sərhəd Qoşunlarının hərbi hissələri Zəngəzur bölgəsində Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilir. Yəni biz BMT tərəfindən təsbit olunmuş 86.6 min kv.km ərazimizdən 1 sm. də irəli getməmişik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “Facebook” hesabında qeyd edib.
Onun sözlərinə görə baş verənlərlə bağlı erməni siyasətçilərinin daxili seçkilərə hesablanmış bəyanatları, Makronun və bəzi başqa siyasi impotentlərin saxta iniltiləri tamamilə əsassızdır:
“Bizim populistlərinin sərhədlərimizin bərpa edilməsi prosesini guya ordumuzun yeni hərbi əməliyyatlar nəticəsində Ermənistanın içərilərinə doğru irəliləməsi kimi qələmə verib şadyanalıq etməsi də eyni ilə əsasız və yersiz olmaqla yanaşı, həm də çox zərərlidir. Azərbaycanın Ermənistanla 1007 km sərhədi var. Bu sərhəd bərpa edilməlidir və ediləcək”, deyə partiya rəhbəri əlavə edib.
Qeyd edək ki, Yuxarı Qarabağ, Qazax rayonunun 7 kəndi də daxil olmaqla təqribən 3 min kv.km ərazimiz hələ işğal altındadır.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:02 / 15.05.2021
Arif Hacılı: “86.6 min kv.km ərazimizdən irəli getməmişik”
Hazırda oxunan: Arif Hacılı: “86.6 min kv.km ərazimizdən irəli getməmişik”
Hazırda oxunan: Arif Hacılı: “86.6 min kv.km ərazimizdən irəli getməmişik”
21183
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.