Türkiyə - Azərbaycan Universitetinin ilk tədris ilinin qəbul balları AÇIQLANDI

Türkiyə - Azərbaycan Universitetinin ilk tədris ilinin qəbul balları AÇIQLANDI

Hazırda oxunan: Türkiyə - Azərbaycan Universitetinin ilk tədris ilinin qəbul balları AÇIQLANDI

208214

Türkiyə–Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələrinə əsasən, Kompüter mühəndisliyi fakültəsinə qəbul üçün ən yüksək bal 684,9, ən aşağı bal isə 641,6 olub. Sənaye mühəndisliyi fakültəsi ən yüksək bal – 663,7, ən aşağı bal isə 544,4 olmaqla tələbə qəbul edib. Qida mühəndisliyi fakültəsində ən yüksək bal 632,8 olduğu halda bu bölmənin baza balı 452,1 olub.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə - Azərbaycan Universitetinin ilk tədris ilinin qəbul balları AÇIQLANDI


Bildirilib ki, Türkiyə–Azərbaycan Universitetinin birinci kursunda Kompüter mühəndisliyi və Sənaye mühəndisliyi fakültələrinin hər birində 30 nəfər, Qida mühəndisliyi fakültəsində 27 nəfər olmaqla ümumilikdə 87 tələbə ali təhsil alacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO