Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsi gəlirlərinin 359 milyon manatının və yaxud 1 %-nin dövlət rüsumu üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,4 % və ya 5 milyon manat çoxdur.
Xatırladaq ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata çatdırılacaq.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:22 / 25.05.2024
Azərbaycanda dövlət rüsumu üzrə proqnoz ARTIRILIR
Hazırda oxunan: Azərbaycanda dövlət rüsumu üzrə proqnoz ARTIRILIR
Hazırda oxunan: Azərbaycanda dövlət rüsumu üzrə proqnoz ARTIRILIR
193956
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.