“TikTok”da hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayanlar barədə tədbirlər görüləcək

“TikTok”da hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayanlar barədə tədbirlər görüləcək

Hazırda oxunan: “TikTok”da hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayanlar barədə tədbirlər görüləcək

184975

“TikTok” sosial şəbəkəsində hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayanlar barədə tədbirlər görüləcək”.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlamasında bildirilir.

“TikTok” sosial şəbəkəsində açılmış hesablarda hərbi əməliyyatların başlaması və şəhidlərimizin olması barədə saxta (feyk) xəbərlər yayılıb. Bəyan edirik ki, köhnə məlumatların manipulyasiyası nəticəsində hazırlanmış saxta xəbər heç bir reallığı əks etdirmir və ictimai rəyi çaşdırmağa yönəlmiş uğursuz cəhddir.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
Qeyd olunan saxta xəbər və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”, - açıqlamada qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO