Sabah Bakıda 20 dərəcə İSTİ OLACAQ 

Sabah Bakıda 20 dərəcə İSTİ OLACAQ 

Hazırda oxunan: Sabah Bakıda 20 dərəcə İSTİ OLACAQ 

177525

Bakıda və Abşeron yarımadasında fevralın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Paytaxtda havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Bölgələrdə havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO