Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan, Türkiyənin Rusiya ilə Ukrayna arasındakı ziddiyyətləri danışıqlar yolu ilə həll etmək üçün səy göstərdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu səbəblə Ərdoğan, İstanbulda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb. Ondan Bir gün əvvəl isə o, Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan-Zelenski görüşünün nəticələri: 20 MADDƏ təsdiqləndi
"Bölgəmizdəki hər iki ölkənin (Rusiya və Ukrayna) arasındakı fikir ayrılıqlarını ən qısa müddətdə sülh yolu ilə həll etmələrini istəyirik. Biz bu istiqamətdə səylər göstəririk",- deyə Ərdoğan qeyd edib.
Bizim.Media