Xalq artisti Aygün Kazımovanın 1,4 milyonluq "Instagram" sosial şəbəkə platformasındakı səhifəsi bərpa edilib.
Bizim.Media xəbər verir ki, bu haqda Ranar Musayev Kazımova ilə iştirak etdiyi tədbirlərin birində çəkdiyi və sosial şəbəkə hesabında paylaşdığı videoda bildirib.
Görüntülərdə Ranarın Aygünlə bərabər bu xəbəri sevincdən qışqıraraq çatdırdıqları əks olunub.
Qeyd edək ki, Aygün Kazımovanın "Instagram" hesabı bir neçə həftə əvvəl naməlum şəxs və ya şəxslər tərəfindən sındırılaraq ələ keçirilmişdi. Onlar daha sonra Kazımovanı şantaj edərək səhifəsini qaytarmaları üçün 10 min avro pul istəyiblər.
Rəşad Əliyev, Bizim.Media