Türkiyədən Azərbaycana məhsul ixracı 8 %-dən çox artıb

Türkiyədən Azərbaycana məhsul ixracı 8 %-dən çox artıb

Hazırda oxunan: Türkiyədən Azərbaycana məhsul ixracı 8 %-dən çox artıb

171848

Ötən il Türkiyədən Azərbaycana 2 milyard 407 milyon 984 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Bizim.Media Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 8,5 % çoxdur. Belə ki, 2022-ci ildə Türkiyədən ölkəmizə 2 milyard 218 milyon 550 min ABŞ dolları dəyərində məhsul gətirilib.

Həmçinin 2023-cü ilin dekabr ayında Azərbaycan qardaş ölkədən 357 milyon 728 min ABŞ dolları dəyərində məhsul idxal edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 65,1 % artım deməkdir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO