Prezident: “Azərbaycan-Rumıniya münasibətləri xoş ənənələrə malikdir”

Prezident: “Azərbaycan-Rumıniya münasibətləri xoş ənənələrə malikdir”

Hazırda oxunan: Prezident: “Azərbaycan-Rumıniya münasibətləri xoş ənənələrə malikdir”

166975

“Bu gün Azərbaycan ilə Rumıniya arasında əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Verner İohannisə bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb. 

Məktubda Azərbaycan-Rumıniya münasibətlərinin xoş ənənələrə malik olduğunu diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi və gündən-günə genişlənməsi məmnunluq doğurur. 
“İnanıram ki, son dövrdə həyata keçirilən ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm təmaslar strateji tərəfdaşlığımızın möhkəmlənməsinə, siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə birgə fəaliyyətimizin geniş potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcəkdir”, - deyən Azərbaycan Prezidenti bu əlamətdar gün münasibətilə rumıniyalı həmkarına cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Rumıniya xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO