Almaniyadan Azərbaycan vətəndaşlarının deportasiyası gözlənilir

Almaniyadan Azərbaycan vətəndaşlarının deportasiyası gözlənilir

Hazırda oxunan: Almaniyadan Azərbaycan vətəndaşlarının deportasiyası gözlənilir

16376

Almaniyada qanunsuz yaşayan 50-ə yaxın Azərbaycan vətəndaşının deportasiyası gözlənilir.

Bizim.Media xəbər verir ki, “Report”un yerli miqrasiya idarələrindən əldə etdiyi məlumata görə, onlar uzun müddət miqrasiya orqanlarına kimlikləri ilə bağlı düzgün məlumat verməyən və sığınacaq müraciəti rədd edilən şəxslərdir.

 

MÖVZU İLƏ BAĞLI:

Yanvar ayında 197 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib


Artıq onlar yaşayış yerlərindən polis və miqrasiya idarəsinin müşayiəti ilə Münhen şəhər hava limanının yaxınlığında yerləşən, deportasiya ediləcək şəxslər üçün nəzərdə tutulan yataqxanaya gətiriliblər. Onlardan 14-ü bir ailənin üzvləridirlər.

Azərbaycan vətəndaşlarının deportasiyasının bu gün Münhendən Bakıya birbaşa çarter reysi ilə baş tutacağı gözlənilir.

Deportasiyası planlaşdırılan şəxslər artıq koronavirus testindən keçiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO