Şəmkirdə çoxotaqlı ev və bir avtomobil YANIB 

Şəmkirdə çoxotaqlı ev və bir avtomobil YANIB 

Hazırda oxunan: Şəmkirdə çoxotaqlı ev və bir avtomobil YANIB 

161196

Şəmkirdə yaşayış evində yanğın baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Yuxarı Seyfəlli kənd sakini, 1984-cü il təvəllüdlü A.Aslanova məxsus birmərtəbəli, sahəsi 400 kvadrat metr olan beşotaqlı evin 170 kvadratmetr sahəsi, həmçinin həyətdə olan "Mercedes" markalı minik avtomobili yanıb.  

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.  
Evin qalan hissəsi yanğından mühafizə olunub.  

Qeyd edək ki, hadisə zamanı evdə heç kim olmadığından xəsarət qeydə alınmayıb.  

Yanğının səbəbləri araşdırılır.  


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO