Süveyş kanalında tıxac yaradan yük gəmisi boşaldılacaq

Süveyş kanalında tıxac yaradan yük gəmisi boşaldılacaq

Hazırda oxunan: Süveyş kanalında tıxac yaradan yük gəmisi boşaldılacaq

16080

Süveyş kanalında saya oturaraq, dəniz nəqliyyatının dayanmasına səbəb olan "Ever Given" gəmisinin yüklərinin bir hissəsi boşaldılacaq.

Bizim.Media "Washington Post" istinadən xəbər verir ki, bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisi göstəriş verib.

 

MÖVZU İLƏ BAĞLI:

Süveyş kanalında gəminin ilişməsi neftin qiymətini qaldırıb - VİDEO

​​​​​​​
Yüklər ya kanal sahilinə, ya da başqa bir gəmiyə köçürüləcək. Maraq üçün bildirək ki, hazırda gəmidə 18300 konteyner var.

Məsələ ilə bağlı Süveyş Kanalı İdarəsinin sədri Usama Rabie də açıqlama verib. O bildirib ki, indiyədək görülən işlər sayəsində gəmini sadəcə 30 dərəcə hərəkət etdirmək mümkün olub.

Qeyd edək ki, baş verən qəzaya görə hazırda 300-dən çox gəmi həmin istiqamətdə tıxacda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO