BİZİM TƏQVİM: 17 oktyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 17 oktyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 17 oktyabrda baş vermiş tarixi hadisələr

160105

2020-ci ilin bu günündə Azərbaycan ordusu tərəfindən Füzuli şəhəri və rayonun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan azad edilib. 

Ermənistan silahlı qüvvələri gecə saat 01.00 radələrində Gəncə şəhərinin mərkəzi hissələrini raket atəşinə tutub. Baş Prokurorluğun məlumatına görə, bu xain hücum nəticəsində 13 nəfər həlak olub, 48 nəfər xəsarət alıb. Həmçinin çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bəs, oktyabrın 17-də düynada daha hansı hadisələr baş verib?

1. 17 oktyabr 1346-cı ildə İngiltərə və Şotlandiya arasında baş verən Nevils-Kross döyüşü nəticəsində Şotlandiya ordusu darmadağın edildi, Şotlandiya kralı II David əsir düşdü.

2. 1448-ci ilin 17 oktyabr tarixindә  Osmanlı ordusu II Kosovo Döyüşü zamanı әksәriyyәti macarlardan ibarәt sәlibçi ordusunu mәğlub etdi.

3. 17 oktyabr 1612-ci ildə  Səfəvi və Osmanlı dövlətləri arasında növbəti müharibənin yekunlarına dair Sərab sülhü imzalanıb. Saziş iki ölkə arasında 1555-ci ildə bağlanmış Amasya sülhünün şərtlərini bərpa edib. Osmanlı Qərbi Gürcüstanı və Qərbi Azərbaycanın bir hissəsini (indiki Ermənistanın qərbi) özündə saxlamaqla Şimali Azərbaycanı, Təbriz, Marağa və digər Cənubi Azərbaycan torpaqlarını Səfəvilərə qaytarıb. 

4. 1855-ci ilin 17 oktyabrında İngilis Henri Bessemer polad istehsalı prosesini patentləşdirdi. 

5. 17 oktyabr 1902-ci ildə Detroytda "Cadillac" markalı ilk avtomobil istehsal edilib.

6. 1905-ci ilin 17 oktyabrında Rus çarı II Nikolay Dövlət Dumasına qanunverici hakimiyyətin və liberal azadlığın verilməsi haqqında manifest imzaladı.

7. "Babayi-Əmir" jurnalı məhz bu gün ilk dəfə işıq üzü görüb. Bu Bakıda 1915-1916-cı illərdə çıxan həftəlik ədəbi və ictimai-siyasi satirik jurnal idi.

8. 1938-ci ilin 17 oktyabr tarixindә Mustafa Kamal Atatürk komaya düşüb.

9. 17 oktyabr 1961-ci ildə Sov.İKP-nin XXII qurultayı keçirildi. Qurultayda ölkədə kommunizmi 20 il müddətinə qurmaq qərara alındı.

10. 1961-ci ilin 17 oktyabr tarixindә  Fransa polisi Parisdə müstəqillik uğrunda hərəkətə keçən әlcəzairlilərə hücum edib. Hadisә nәticәsində 400 әlcәzairli öldürülüb.

11. 2007-ci ilin 17 oktyabrında  Türkiyə parlamenti hökumətə Şimali İraqda antiterror əməliyyatları keçirməyə icazə verdi.

12. 17 oktyabr Füzuli Şəhəri Günüdür. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti xüsusi Sərəncam imzalayıb. Sənədə əsasən işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, hər ilin 17 oktyabrı – Füzuli şəhəri günü kimi qeyd ediləcək.

Oktyabrın 17-də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 17 oktyabr 1849-cu ildə polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (22.2.1810 - 1849) vəfat edib.

2. 17 oktyabr 1915-ci ildə Amerika dramaturqu Artur Miller (1915-2005) anadan olub. 

3. 17 oktyabr 1905-ci ildə yazıçı Məhəmməd Əsəd bəy (Qurban Səid; 1905-1942) anadan olub. Sovetləşmədən sonra Almaniyaya mühacirət edib. “Əli və Nino” romanı ilə şöhrət qazanıb, tarixi mövzuda 20-dək əsərin müəllifidir. İtaliyada vəfat edib.

4. 17 oktyabr 1915-ci ildə kinooperator, Xalq artisti Cavanşir Məmmədov (1915-1997) doğulub. Müharibə illərində (1941-1945) Mərkəzi sənədli filmlər studiyasında fəaliyyət göstərib. Bakı kinostudiyasında sənədli filmlər çəkib.

5. 17 oktyabr 1924-cü ildə şair Hüseyn Razi (1924 - 17.2.1998) anadan olub.

6. 17 oktyabr 1936-cı ildə yazıçı Çingiz Ələkbərzadə (1936 - 7.1.1999) anadan olub. “Qızıl yəhərli at”, “Çılpaq” və s. əsərlərin, “Vulkana doğru” filminin ssenari müəllifidir.

7. 17 oktyabr 2003-cü ildə sevilən şair Nüsrət Kəsəmənli (29.12.1946 - 2003) vəfat edib.

8. 1936-cı ilin bu günündə Azərbaycanlı həkim, Milli Qəhrəman Soltanağa Bayramov dünyaya gəlib.

9. Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyev 17 oktyabr 1991-ci ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO