Mən çox qürurlanıram - Azərbaycanın ən gənc general-mayoru

Mən çox qürurlanıram - Azərbaycanın ən gənc general-mayoru

Hazırda oxunan: Mən çox qürurlanıram - Azərbaycanın ən gənc general-mayoru

151379

"Mən bu gün çox qürurlanıram ki, Vətən Müharibəsində Xudafərin körpüsünün və ətraf ərazilərin və Zəngilan şəhərinin işğaldan azad olunmasını Cənab Ali Baş Komandana məruzə etmək mənə qismət olub. Buna görə çox xoşbəxtəm". 

Bu fikirləri 18 avqust Dövlət Sərhəd Xidməti  əməkdaşlarnın  peşə bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-mayor rütbəsinə layiq görülən Vətən Müharibəsi Qəhrəmanı, DSX-nin Çevik Hərəkət Qüvvələrinin komandanı Babək Ələkbərov Bizim.Media ilə bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

"Hər günü döyüş olan sərhədçilərimiz" - PEŞƏ BAYRAMINIZ MÜBARƏK - FOTO/VİDEO


Azərbaycanın ən gənc generalı, 35 yaşında bu yüksək rütbəyə layiq görülən Babək Ələkbərov, Ali Baş Komandanın bu yüksək etimadını həmişə doğruldacağını qeyd edib. 
 
"Mən bundan sonra da Cənab Ali Baş Komandanın verdiyi bütün xüsusi tapşırıqları bütün güc və məsuliyyətimlə yerinə yetirməyə hazıram".  
 
Qeyd edək ki, 2021-ci il yanvar ayının 6-da DSX-nin Zəngilana təşkil etdiyi media turda Babək Ələkbərov da iştirak etmiş, jurnalistlərə açıqlama vermişdi. Həmin gün biz də generaldan müsahibə ala bilmişdik.

Olduqca sadə və təvazökar insan olan Babək Ələkbərov hərbçilərə məxsus qətiyyətlə həmin vaxt müsahibəsində qısa olaraq bu sözləri söyləmişdi:

"Mən qürur hissi duyuram ki ki, qalib Prezidentin, qalib xalqın və qalib ordunun zabitiyəm". 
 
 Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO