Sumqayıt şəhəri yaxınlığında gənc oğlan Xəzər dənizində boğulub.
Bizim.Media xəbər verir ki, 1991-ci il təvəllüdlü Tural Xəlil oğlu Əliyevin meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına görə, şəxs nəzarət olunmayan ərazidə, ən yaxın xilasetmə məntəqəsindən bir kilometr aralıda batıb.
Bizim.Media