Ermənistan tərəfi Dağlıq Qarabağda məhv edilmiş daha 51 hərbçisinin adını açıqlayıb.
Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 1119-a çatıb.
Statistika isə tamamilə başqa rəqəmləri ortaya qoyur. Həm də Ermənistanın rəsmi açıqlamasından 5 dəfə çox .
Bu faktları isə Azərbaycan hakerləri əldə ediblər.
Belə ki, Ermənilərin döyüş meydanında məhv edilmiş hərbçilərin siyahısı hakerlərimiz tərəfindən ələ keçirilib.
Siyahıda 5468 nəfər məhv edilmiş erməni hərbçisinin adı, soyadı, ata adı və təvəllüdünü görmək mümkündür.
Siyahı ilə linkdən tanış ola bilərsiniz.
Bizim.Media