Prezident: “Azərbaycan dövləti Rasim Balayevin fəaliyyətini çox yüksək qiymətləndirir”

Prezident: “Azərbaycan dövləti Rasim Balayevin fəaliyyətini çox yüksək qiymətləndirir”

Hazırda oxunan: Prezident: “Azərbaycan dövləti Rasim Balayevin fəaliyyətini çox yüksək qiymətləndirir”

149977

“Siz, eyni zamanda, ölkəmizin ictimai həyatında da çox fəalsınız. Çox dəyərli fikirləriniz ölkəmizin ümumi inkişafına dəstəkdir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edərkən bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Rasim Balayevə “İstiqlal” ordenini TƏQDİM ETDİ - FOTO


“Təbii ki, sizin kino fəaliyyətiniz Azərbaycan xalqı üçün Babək, Nəsimi obrazları ilə də bağlıdır. Xalq qəhrəmanımız Babəkin, dahi şairimiz Nəsiminin obrazlarını siz canlandırmısınız və Azərbaycan xalqının təsəvvüründə də onlar elə sizin obrazınızdır.

Mən sizi ürəkdən təbrik etmək, sizə cansağlığı, uzun ömür arzulamaq istəyirəm. Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir, həm sovet dövründə bir çox mükafatlarla təltif olunmusunuz...”, - dövlət başçısı qeyd edib. 
Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO