Azərbaycanda əmək müqavilələrinin sayı AÇIQLANDI 

Azərbaycanda əmək müqavilələrinin sayı AÇIQLANDI 

Hazırda oxunan: Azərbaycanda əmək müqavilələrinin sayı AÇIQLANDI 

149855

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 353,4 min vahid artaraq bu il avqustun 1-nə 1 755,4 minə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilib. 

Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 329,4 min vahid artaraq 870 minə yaxın olub. 

"4 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Artım Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsidir", - deyə məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO