Putin avqustun sonuncu həftəsində Türkiyəyə gedəcək

Putin avqustun sonuncu həftəsində Türkiyəyə gedəcək

Hazırda oxunan: Putin avqustun sonuncu həftəsində Türkiyəyə gedəcək

149795

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri avqustun son həftəsində gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Hürriyet” qəzeti yayıb.

Mənbə yazır ki, səfər zamanı Putinlə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan arasında Taxıl sazişinin bərpası, ikitərəfli əlaqələr, Azərbaycan-Ermənistan, həmçinin Türkiyə-Suriya arasındakı münasibətlərin  normallaşması məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, avqustun 2-də Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub və onlar mümkün görüşün hazırlanması barədə razılığa gəliblər.

Avqustun 4-də Ərdoğan jurnalistlərə Putinin Türkiyəyə səfərinin mümkünlüyü barədə danışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO