Goranboyda minik avtomobili aşdı - Ölən var 

Goranboyda minik avtomobili aşdı - Ölən var 

Hazırda oxunan: Goranboyda minik avtomobili aşdı - Ölən var 

149766

Avqustun 7-də səhər saatlarında Goranboy rayon Veysli kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə Goranboy Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. 

İlkin araşdırmalar zamanı məlum olub ki, sürücü Babək Hüseynov VAZ markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırmış və nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Seymur Verdiyev hadisə nəticəsində ölüb. 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO