Erməni spiker Matviyenkoya təşəkkür etdi – Ordumuza güllə atan snayperçiyə görə

Erməni spiker Matviyenkoya təşəkkür etdi – Ordumuza güllə atan snayperçiyə görə

Hazırda oxunan: Erməni spiker Matviyenkoya təşəkkür etdi – Ordumuza güllə atan snayperçiyə görə

14920

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan çərşənbə axşamı Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Ermənistan parlamentinin mətbuat xidmətinə istinadən yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın oğurlanan və Tehranda saxlanılan təyyarəsi niyə geri qaytarılmır? - AÇIQLAMA


Söhbət zamanı Mirzoyan Livan ermənisi Maral Nacaryanın Azərbaycan əsirliyindən azad edilməsindəki mühüm dəstəyinə görə Matviyenkoya şəxsən təşəkkür edib.

Keçən həftə Mirzoyan Nacaryanın vətəninə qayıtmasına kömək etdiyinə görə Matviyenkoya parlamentin fəxri medalı verilməsini təklif edib.

Xatırladaq ki, Livan vətəndaşının Qarabağdakı fəaliyyəti haqda yenə də erməni mediası feyk xəbərlər yayır.

Onlar iddia edirlər ki, Maral noyabrın 10-da Qarabağdakı atəşkəsdən sonra mühacir Vigen Euldzekçyanla birlikdə əşyaları götürmək üçün Laçından Şuşaya gedib və yolda Azərbaycan əsgərləri tərəfindən saxlanılıb. Əslində isə Maral snayperçi olub və Azərbaycan Ordusuna qarşı döyüşüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO