Ukrayna Radasının ən cazibədar deputatı İrina Allahverdiyeva ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR

Ukrayna Radasının ən cazibədar deputatı İrina Allahverdiyeva ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR

Hazırda oxunan: Ukrayna Radasının ən cazibədar deputatı İrina Allahverdiyeva ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR

14910

Ukrayna Parlamentinin gözəl xanımlarından biri – İrina Allahverdiyeva. Bilirəm ki, bizim kimi, sizi də ilk cəlb edən xanım deputatın soyadı olacaq. Amma bu məsələdə çox da dərinə getmək fikrimiz yoxdur. İrina xanıma müsahibə istəyimizi çatdıranda böyük məmnuniyyətlə razılıq verdi. Azərbaycandan zəng etdiyimizi biləndə isə daha isti qarşıladı. Zatən belə nəcib xanımdan gözlənilən də elə incə hərəkətlər idi. Amma söhbətimiz siyasidir. 

- İrina xanım, Azərbaycan Ukrayna münasibətləri haqda nə deyə bilərsiz? Hazırda bu münasibətlər hansı yolla yürüyür?

- Bircə şeyi demək kifayətdir məncə. Azərbaycan Ukrayna üçün strateji tərəfdaşdır. Bu, yeni milli təhlükəsizlik strategiyamızda da qeyd olunub. Ölkəmiz Azərbaycanla hərtərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Kiyev və Bakının neft və qaz, infrastruktur, İT, turizm, kənd təsərrüfatı kimi sahələrdə ikitərəfli əlaqələrin inkişafı üçün dəqiq  planı var.
 

Əminəm ki, bundan sonra münasibətlərimiz daha da yaxşılaşacaq və hər bir ölkə bundan faydalanacaq.


- Keçən ilin 44 günlük mübarizəsi Azərbaycanın 30 ildir ki, işğal olunmuş torpaqlarının azad edilməsi ilə nəticələndi. İkinci Qarabağ müharibəsinə Ukrayna ictimaiyyətinin, dövlətinin münasibəti necə idi?
 

MÖVZU İLƏ BAĞLI:

İrina Allahverdiyeva:“Ukrayna Donbasda heç bir müharibəyə hazırlaşmır, amma...” - ÖZƏL MÜSAHİBƏ


- Çox yaxşı ki, artıq bu müharibə başa çatıb. Ukrayna Qarabağda yenidən müharibənin başladığına görə çox təəssüfləndi. Müharibə istənilən halda yaxşı hadisə deyil. Ümid edirəm ki, indi qan tökülmədən yalnız uzunmüddətli sülh və qarşılıqlı anlaşmadan danışacağıq. Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik və bundan sonra da bu, belə olacaq. Özünündə işğal olunmuş əraziləri olan bir ölkə olaraq, biz hər bir ölkənin ərazi bütövlüyünün tanıyırıq və bunu hər zaman dəstəkləyirik. 

- Bildiyimizə görə, Ali Radanın ən gənc və ən gözəl deputatısınız. Daha doğrusu, sizi belə adlandırırlar. Bu sizdə hansı hissləri yaradır?

- Məni belə adlandırdıqlarına görə, çox məmnunam. Amma düşünürəm ki, parlamentimizdə bütün qadınlar gözəl və ağıllıdır. Ümumiyyətlə, mən Ukrayna qadınlarının ölkəmizin ən əsas dəyərləri olduqlarına inanıram.

- İrina xanım, Azərbaycanda heç olmusunuz və ya ölkəyə səfər etməyi planlaşdırırsınız?

- Çox təəssüf ki, Azərbaycanda heç olmamışam. Ancaq  məmnuniyyətlə, sizin ölkəyə səfər edəcəyəm.


- Mənə maraqlıdır, Azərbaycan haqqında nə bilirsiniz? Ölkəmiz haqqında daha nələri bilmək istərdiniz?

- Şübhəsiz ki, Azərbaycan haqqında çox şey bilirəm, amma mənə elə gəlir ki, bu, kifayət qədər deyil, ona görə də zəngin mədəniyyət, müasir həyat tərzi haqqında daha çox şey öyrənmək istərdim. Həm də peşəkar məsələlər - siyasi sistemin xüsusiyyətləri və ölkənizdəki iqtisadi nou-hau ilə maraqlanıram. 

Davamı olacaq.

Vüsalə Balayeva, Bizim.Media 












© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO