Firuzə İbadova: “Reyhan Müslümova fitvaya uyub plastik əməliyyata getdi” – VİDEO 

Firuzə İbadova: “Reyhan Müslümova fitvaya uyub plastik əməliyyata getdi” – VİDEO 

Hazırda oxunan: Firuzə İbadova: “Reyhan Müslümova fitvaya uyub plastik əməliyyata getdi” – VİDEO 

147839

Əməkdar artist Firuzə İbadova illər əvvəl keçirdiyi plastik əməliyyat zamanı cərrah masasında dünyasını dəyişən müğənni Reyhan Müslümovadan söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi “O üz” verilişinə müsahibəsində mərhum həmkarının şəxsi keyfiyyətlərindən danışıb. 

İbadova bildirib ki, mərhum həmkarı başqalarının fitvasına uyaraq plastik əməliyyata gedib.

“Qastrola gedəndə evimiz üçün darıxırdım. Reyhan gəlirdi otururdu yanımda və bir söz deyərək o dəqiqə adamın ürəyini alırdı. Əvvəllər saçım çox buruq idi. Saçlarımı açırdı və müxtəlif saç düzümləri edirdi. Reyhan Müslümova gələndə mütləq şadlıq, sevinmək olurdu. Onun çox gözəl əl qabiliyyəti vardı. Yeməkləri gözəl bişirirdi.

Qastrola gedəndə qazanımız, “tok peçi”miz vardı. Hara getsək, yeməyi Reyhan bişirirdi. O nə qədər güclü olsa da, deyirdi ki, gedib əməliyyat etdirməliyəm. O, iradəsizlik etdi. Loru dillə desək Reyhan fitvaya getdi”.

Sənətçinin sözlərinə görə, müğənni Xəyyam Nisanovun sənətə gəlməyində mərhum Reyhan Müslümovanın çox böyük rolu olub: 

“Reyhan Müslümova əslən Qubalı idi və yəhudi dilini çox gözəl bilirdi. O zamanlar Reyhan xanım müğənni Xəyyam Nisanovun evinə gedirdi. Onlarla sıx əlaqələri vardı. Xəyyamın müğənni olmasında Reyhanın çox böyük rolu oldu. Xəyyama dəstək oldu”. 

F.İbadova bildirib ki, R.Müslümova bir çox insanlara dəstək olsa da, lakin onlar onun yas mərasiminə gəlməyiblər: 

“Görəndə ki, evin ortasında tabutda Reyhan uzanıb, bilmədim nə deyim. Güclə məni sakitləşdirdilər. O, dünyasını dəyişəndə çox insan onun yas mərasiminə gəlmədi. Amma gəlmək lazım idi. Çünki Reyhan o gəlməyən insanlara çox yaxşılıqlar etmişdi. Onlara dəstək olmuşdu. O etibarsızlığa çox üzüldüm”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO