İranda 4 polis öldürüldü

İranda 4 polis öldürüldü

Hazırda oxunan: İranda 4 polis öldürüldü

147612

İranda naməlum şəxslər yol polisinin xidməti avtomobilinə hücum ediblər.

Bizim.Media Fars Xəbər Agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində azı dörd polis işçisi həlak olub.

Onlardan üçünün hadisə yerində, birinin isə sonradan öldüyü bildirilir.

Terror hücumu ölkənin cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində baş verib. Vilayətin mərkəzi bölgəsində, Taftan-Xaş avtomobil yolunda naməlum şəxslər patrul xidmətinin əməkdaşlarını atəşə tutublar.

Hazırda hadisənin təfərrüatları araşdırılır, hələlik rəsmi şərh verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO